Daha bir aviaşirkət İrana reysləri təxirə saldı 

17:57 09.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Turkish Airlines” (Türk Hava Yolları) şirkətinin ardınca daha bir nüfuzlu aviadaşıyıcı – BƏƏ-nin “Flydubai” hava yolları şirkəti yanvarın 9-a İranın müxtəlif şəhərlərinə planlaşdırılan hava reyslərini təxirə salıb.

Hafta.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Dubay və İranın Tehran, Şiraz və Məşəd şəhərləri arasında azı 17 hava reysi təxirə salınıb.

Bu qərarın səbəbləri barədə hələlik açıqlama verilmir.